FAQ

ƏN ÇOX VERİLƏN SUALLAR

– Menyunuzda nəçə kalori var?
– Bizim menyu 2000-2500 Kkal təşkil edir.Ümumiyyətlə yanaşmamız kalori hesablamaq
əsasında qurulmur. Əksində insanı sağlam və gümrah saxlamaq üçün
hər bir faydalı m əlavə olmaqla zənginlik və balans əsasındadır.

***

– Sizin proqrama görə çəki itkisi məqsədilə gündəlik nə qədər su içmək lazımdır?
– Bədən çəkisinin hər kilosu üçün gündəlik 30 ml kifayətdir.
Məsələn, Sizin çəkiniz 60 kq olarsa o zaman 60*30=1800ml su qəbul etməlisiniz/

***

– Bir ay içərisində neçə kq itirmək mümkündür?
– İndekslər fərqlidir, lakin sağlam arıqlama çərçivəsində ayda 2 kq-dan 5 kq-ya qədər sağlam kilo atmaq mümkündür.

***

– Bəs bu zərərli deyil?
– Xeyir. Bizim menyu hər mövsümün təzə məhsullarından hazırlanır. Heç bir konservantlardan, rəng və qatqılardan istifadə olunmur. Bizimlə stressiz və aclıq hiss olmadan çəki ata bilərsiniz.

***

– Uşaqlara bunu qəbul etmək olarmı?
–  Uşaqlar valideyinlərinin ciddi nəzarəti altında bizim arıqlama proqramlarında iştirak edə bilər

***

– İNCƏBELLİ fitness mərkəzidir?
– Xeyir. İNCƏBELLİ Sağlam Arıqlama Mərkəzidir. Fitnes sağlam həyat tərzinin və tez, düzgün, gözəl arıqlamanın əsas instrumentlərindən biridir.

***

– Qarın nahiyəsini əritmək üçün pəhriziniz varmı?
– Orqanizm ümumilikdə mürəkkəb mexanizmdir. Bədənin müxtəlif hissələri üçün pəhriz anlayışı mövcud deyildir. Lakin pəhrizlə yanaşı fitnes və anti-sellülit masajı vasitəsi ilə xüsusi ərazilər üzərində fokuslanaraq arzu etdiyiniz görünüşə sahib ola bilərsiz.

***

– Mərkəzinizdə hansı idman növləri ilə məşğul olmaq olar?

– Məşqçilərimiz məhz pilates və fitness üzrə fəaliyyət göstərir. Bununla yanaşı sərbəst trenajor zalı sevənlər üçün də müxtəlif avadanlıq yerləşdirdiyimiz zalda da məşqlər etmək mümündür.

BİZDƏN SORUŞUN