HAQQIMIZDA

Haqqimizda

"İncəbelli" nədir?

İNCƏBELLİ ölkəmizdə çəki azaltmanın fərdi yanaşma ilə tətbiq edilməsi üzrə ilk mərkəzdir. Burada dietoloq konsultasiyası, fərdi yanaşma ilə hazırlanmış xüsusi pəhriz proqramları, sizin üçün seçilmiş proqramı üzrə hazırlanan yeməklərin, şirniyyatların ünvana çatdırılması, təkrarolunmaz effektə malik fitnes, pilates, rəqs məşğələləri kimi xidmətlər ən yüksək səvittədə təqdim edilir. Bundan əlavə, sağlamlığının və gözəlliyinin qeydinə qalan xanımlar mərkəzdə pəhriz kafesi, masaj və kosmetoloji xidmətlərdən də yararlana bilirlər.

İncəbellinin digər mərkəzlərdən fərqi nədir?

İncəbellinin digər mərkəzlərdən fərqi nədir?

Bizi xüsusi edən bizim səmimi və gerçək olmağımızdır. Bizim bütün proqramlarımız orqanizmin təbii proseslərinə əsaslanır. Və əlbəttə ki, prosesə kompleks yanaşma. İncəbellidə xüsusi fəlsəfə və atmosfer var. Biz insanların həyat tərzlərini onları daha sağlam, daha gözəl və əlbəttə, daha xoşbəxt edərək dəyişirik. Hər bir özünə güvənən qadın enerji ilə doludur və ətrafındakı hər şeyi gözəlləşdirir.

İncəbellinin digər mərkəzlərdən fərqi nədir?

Mərkəzimizdə biz bütün qadınlara kömək etmək istəyirik: işgüzar qadınlara, evdar qadınlara, analara. Hər bir qadının sağlam və gözəl olma haqqı var, bu onun əsas missiyasıdır. Biz qadının rolunun olduqca böyüdüyü və ondan çox şeyin asılı olduğu, xəstə və ya baxımsız olmağa belə haqqı olmadığı bir dövrdə yaşayırıq.

Konseptimiz

BİZDƏN SORUŞUN